◘Furqan haqqı batildən ayıran bir vasitədir. Səmavi kitabda haqq batildən seçildiyi üçün ona “furqan” deyilmişdir. Kitab sözü ilə yanaşı işləndiyindən furqan sözü Musaya Tövratdan əlavə əta olunmuş doqquz möcüzə və ya başqa həqiqətlərə də işarə ola bilər.
Bildirişlər
1. Səmavi kitab haqqı bəyan edir və onu batildən ayırır.
2. Allah tərəfindən höccət tamamlanmış, bəhanələr kəsilmişdir. Amma xalq nəfs istəkləri səbəbindən bəzən haqqı qəbul etmir.
3. Səmavi kitabın nazil olmasında məqsəd xalqın hidayətidir.
54. ﴿وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوبُواْ إِلَى بَارِئِكُمْ فَاقْتُلُواْ أَنفُسَكُمْ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ عِندَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ﴾
“(Yadınıza salın) O zamanı ki, Musa öz qövmünə dedi: “Ey mənim qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də Allaha doğru tövbə edib geri dönün və bir-birinizi qətlə yetirin. Bu iş Yaradanınızın yanında sizin üçün daha yaxşıdır. Allah sizin tövbənizi qəbul etdi. Çünki O, tövbələri qəbul edən, mehribandır.”
Dostları ilə paylaş: |