◘Həzrət Musanın qövmü iki dəstəyə bölündü:
a) Seçilmiş bir qrup Musa ilə birlikdə münacat və Allahın kəlamını eşitmək üçün Tur dağına getdi. Amma Allahla Musanın söhbətlərini eşitdikləri zaman dedilər: “Haradan bilək ki, bu, Allahın səsidir? Allahı qəbul etmək üçün Onu hökmən gözümüzlə görməliyik.”
b) Digər bir dəstə Harunla qaldı. Amma həzrət Musa olmayan bir vaxtda onlar buzovpərəst oldular. Quranda Allahı görmək tələbində olanlar haqqında buyurulur: “Onları zəlzələ bürüdü.”1 (Qeyd) Bəlkə də bu ayədə xatırladılmış şimşək zəlzələ ilə müşayiət olunmuşdur. Onlar bu şimşəklə dünyalarını dəyişdilər. Çünki növbəti ayədə belə buyurulur: “Sizi öldükdən sonra ikinci dəfə dirildərik.”
◘Sual verənlər eyni ruhiyyədə deyildilər. Həm Musa, həm də xalq Allahla görüşmək istəyində idi. Musa xalqın nümayəndəsi olaraq ədəblə dedi: “Məni görün” Amma Musanın qövmü təkəbbürlə dedi: “Biz Allahı aşkar görməyincə Ona iman gətirmərik.” Ona görə də Allah Musanın cavabında belə buyurdu: “Sən məni heç vaxt görməyəcəksən.” Sonra ilahi qəzəb həmin qövmü bürüdü.
◘Bu ayə İslam peyğəmbərinə təsəlli verir ki, xalqın yersiz istəklərinə görə nigaran olmasın. Çünki xalq Musadan daha təhlükəli şeylər istəmişdi.
Dostları ilə paylaş: |