Bildirişlər
1. Keçmişdəkilərin inadkarlıq, ədəbsizlik, yersiz tələblər aqibətindən ibrət götürün.
2. Bir qrup üçün məntiq, dəlil və moizə kifayətdir. Amma digər bir qrup üçün qəhr və qəzəb lazım gəlir.
3. Əgər Allah gözə görünmürsə, Onun əsərləri gözə görünür. Nə üçün bu əsərləri görməklə iman gətirmirsiniz?
56. ﴿ثُمَّ بَعَثْنَاكُم مِّن بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ﴾
“Sonra sizi yenidən diriltdik. Bəlkə, Ona şükrü yerinə yetirəsiniz.”
◘Şimşəkdən öldürülmüşlərin yenidən dirildilməsi həzrət Musanın pərişanlığı, nigarançılığı və duasından sonra baş verdi. İnşallah “Əraf” surəsində bu barədə danışacağıq.
Bildirişlər
1. Rəcət və məad mümkünsüz iş deyil. Bəzi ölülər elə bu dünyada dirilmişlər.
2. Öncə çətinliklər, sonra isə qurtuluş şükür etmə ruhiyyəsinin yaranması üçündür.
57. ﴿وَظَلَّلْنَا عَلَيْكُمُ الْغَمَامَ وَأَنزَلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَى كُلُواْ مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَمَا ظَلَمُونَا وَلَـكِن كَانُواْ أَنفُسَهُمْ يَظْلِمُونَ﴾
“Buludları sizə kölgələnəcək etdik. Sizə “mənn” və “səlva” nazil edib dedik: “Sizə ruzi etdiyimiz pak nemətlərdən yeyin.” Onlar (bəhanə axtarmaqla) bizə yox, özlərinə zülm etdilər.”
Dostları ilə paylaş: |