◘On iki rəqəmində bir rəmz vardır. Ayların, Bəni-İsrail başçılarının, həzrət İsanın həvarilərinin və məsum imamların sayı on ikidir.
◘Ayədə “mufsidin” sözü ilə yanaşı “la təsəv” kəlməsi də işlənmişdir. İkinci söz qatı fəsadı bildirir. Bu sözlərin yanaşı işlənməsində məqsəd fəsad ruhiyyəsinin qadağan edilməsi ola bilər. Çünki bilməyərəkdən baş vermiş büdrəmə bağışlana bilər.
Bildirişlər
1. Peyğəmbərlər həm də maddi ehtiyaclarını təmin etmək fikrində olmuşlar.
2. Hər şeyi, hətta içməli suyu da Allahdan istəyin.
3. Təbiət qanunları Allahın iradəsinə tabedir.
Allah həm səbəb sala bilir, həm də səbəbi aradan götürə bilir. Bir əsa və bir insan əli ilə bir dəfəyə su çıxarır və onu axıdır.
4. Peyğəmbərlərin duası qəbul olur.
5. Əsanın daşa vurulması ilə su çıxması bir möcüzədir. On iki qəbilə üçün on iki bulağın çıxması başqa bir möcüzədir.
6. Nizamlı və ədalətli bölgü əmniyyət və səfa əsasıdır. Belə bir bölgü ixtilafların qarşısını alır.
7. İlahi nemətlərdən bəhrələnmə fəsad zəminəsi yaratmamalıdır.
8. Fəsadın qarşısını almaq üçün Allahın insana məhəbbət və lütfündən danışın.
61. ﴿وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَن نَّصْبِرَ عَلَىَ طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنبِتُ الأَرْضُ مِن بَقْلِهَا وَقِثَّآئِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا قَالَ أَتَسْتَبْدِلُونَ الَّذِي هُوَ أَدْنَى بِالَّذِي هُوَ خَيْرٌ اهْبِطُواْ مِصْراً فَإِنَّ لَكُم مَّا سَأَلْتُمْ وَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَآؤُوْاْ بِغَضَبٍ مِّنَ اللَّهِ ذَلِكَ بِأَنَّهُمْ كَانُواْ يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ الْحَقِّ ذَلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعْتَدُونَ﴾
“(Xatırlayın) O zaman ki, dediniz: “Ya Musa, biz hər gün eyni təam yeməyə dözməyəcəyik. Rəbbindən istə ki, bizim üçün torpağın bitirdiyi şeylərdən - tərəvəzdən, xiyardan, sarımsaqdan, mərcidən və soğandan yetirsin.” Musa dedi: “ Siz yaxşı nemətin əvəzində bu cür alçaq şeylərmi istəyirsiniz? Belədirsə, şəhərə daxil olun, istədiyinizi orada taparsınız. "Onlara zəlalət və möhtaclıq damğası vuruldu. Allahın qəzəbinə düçar oldular. Bunun səbəbi onların Allah ayələrini inkar etmələri, peyğəmbərləri haqsız yerə öldürmələri idi. Bunun səbəbi onların günahkarlığı, asiliyi və həddi aşmaları idi."
Dostları ilə paylaş: |