◘Tur dağının yerindən qoparılıb yəhudilərin başı üstünə qaldırılması Quranın bəzi surələrində bəyan olunmuşdur.1 (Qeyd)Bu ayədə haqqında danışılan əhd-peyman “Bəqərə” və “Maidə” surələrindəki peyman da ola bilər.2 (Qeyd)
Bildirişlər
1. Nümunə götürmək əməl amillərindən biridir.
2. Allah həm peyğəmbər göndərmək, həm də xariqüladə işlər nümayiş etdirməklə xalqa höccəti tamamlayır, bəhanə yeri qoymur.
3. Qürur və inad ruhunu qırmaq üçün hədə tərbiyə üsullarından biridir.
4. İnqilabi nailiyyətləri güc və qüdrətlə hifz etmək olar. Fironun hakimiyyətindən qurtulmaq, əsirlikdən azad olmaq nailiyyət idi.
5. İlahi ayə və hökmlərə əməl ciddilik, eşq və möhkəmliklə müşayiət olunmalıdır. İlahi vəzifələrin icrasında zarafata, adətkərdəliyə, şəkkə və şan-şöhrətə yol vermək olmaz.
6. Dini maarif tədris və təbliğlə xalqın zehnində diri saxlanılmalıdır.
7. İlahi ayələrin zikri və onlar haqqında düşüncə təqva üçün zəmin yaradır.
64. ﴿ثُمَّ تَوَلَّيْتُم مِّن بَعْدِ ذَلِكَ فَلَوْلاَ فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنتُم مِّنَ الْخَاسِرِينَ﴾
“Bu cərəyandan sonra siz üz döndərdiniz. Əgər sizə Allahın fəzl və rəhməti olmasaydı, hökmən ziyankarlardan idiniz.”
Dostları ilə paylaş: |