Nöqtələr
“Rəhman” sözü rəhmət və onun genişliyinin mübaliğəli, şiddətli ifadəsidir. Quranda “Rəhman” və “Rəhim” kimi iki sifətin işlədilməsindən aydın olur ki, Allah bütün məxluqata qarşı rəhman, insana və vəzifəli mövcudlara qarşı isə rəhimdir.
Allah rəhməti özü üçün vacib saymışdır: "Rəbbiniz Özü Özünə rəhimli olmağı yazmışdır."2 (Qeyd) Allahın rəhməti, hər şeyi əhatə edir: “Mərhəməti hər şeyi əhatə etmişdir.”3 (Qeyd) Allahın peyğəmbəri də, kitabı da Onun rəhmətindəndir." Səni də (Ya Məhəmməd) aləmlərə ancaq bir rəhmət olaraq göndərdik”.4 (Qeyd)Allahın xəlq etməsi və tərbiyəsi Onun rəhmətinə əsaslanır. Onun cəzası da lütf üzündəndir. Günahların bağışlanması, bəndələrin tövbəsinin qəbul edilməsi, onların eyblərinin örtülməsi, günahları aradan qaldırmaq üçün fürsət verilməsi Allahın rəhmət və mehribanlıq təzahürləridir.
Dostları ilə paylaş: |