◘Bəni-İsrail mövzunun ciddi olduğunu anladıqda bəhanə axtarmağa başladı. Bəzi təfsirçilərin nəzərincə, qatil bu bəhanəni rüsvay olmamaq üçün xalqa təlqin etdi.1 (Qeyd)Hər halda bu qövmün sual tərzi onların inadkar ruhiyyəsindən danışır. Ayədə buna işarə olundu və onların batini açıqlandı.
Bildirişlər
1. Sualı ədəblə verin. Ayədə “ləna” (bizim üçün) sözü iki dəfə təkrarlanmış, “Rəbbimiz” əvəzində “Rəbbin” kəlməsi işlədilmişdir. Bütün bunlar təkəbbür ruhunun nişanələridir.
2. Allahın əmrini dərhal yerinə yetirin, vəsvəsə və tərəddüddən çəkinin.
69. ﴿قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا لَوْنُهَا قَالَ إِنَّهُ يَقُولُ إِنّهَا بَقَرَةٌ صَفْرَاء فَاقِـعٌ لَّوْنُهَا تَسُرُّ النَّاظِرِينَ﴾
“(Onlar Musaya) dedilər: “Bizim üçün Allahından istə ki, onun rənginin necəliyini bizə aydınlatsın.” (Musa) Dedi: “Həqiqətən, Allah buyurur ki, o, görənləri şad edən tam sarı rəngli dişi bir inəkdir.”
Dostları ilə paylaş: |