◘Qətl hadisəsi və inəyin zibhi (kəsilməsi) haqqında fərman əvvəlki ayələrdə ətraflı şəkildə bəyan olundu. Bu ayə isə həmin macəranı xülasə şəkildə zikr etməklə yenidən xatırladır ki, Allah sizin gizlətdiklərinizi inəyin zibhi və onun bir parçasını ölüyə toxundurub diriltməklə ifşa etdi. Beləcə, sizin xilaf işlərinizin üstündən pərdə götürüldü.
◘“Dürrül-Mənsur”da belə bir hədis nəql olunur ki, əgər insan heç bir bacası olmayan möhkəm daş layların arasında bir iş görsə belə, Allah (əgər istəsə) onu xalqa aşkarlayar.1 (Qeyd)
◘Rəvayətdə oxuyuruq: Uyğun xüsusiyyətlərə malik orta yaşlı sarı inək yalnız bir gəncdə tapıldı. Bu müamilə onun üçün çox qazanclı idi. Amma tövlənin açarı atasının yatdığı balışın altında olduğundan oğlan atasını oyatmayıb bu böyük qazancdan keçdi. Allah o gəncin ataya münasibətdəki bu xidmətini qiymətləndirmək üçün Bəni-İsrailin bəhanələrinə cavab olaraq işi elə yerə gətirib çıxartdı ki, onlar hər nə qədər baha qiymətə olsa belə o gəncdən inəyi almalı olsunlar. Musa (ə) buyurdu: “Görün yaxşı əməl öz əhlinə nə yetirir!”2 (Qeyd)
Dostları ilə paylaş: |