Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə148/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   144   145   146   147   148   149   150   151   ...   484

Nöqtələr


◘“Ehsan” yaxşılıqla bağlı ən yığcam və ən əhatəli sözdür. Valideyn fəqir olduqda ona maddi, varlı olduqda isə mənəvi ehsan edilir. Eləcə də yetimə ehsan onu ədəbləndirmək, haqqını qorumaq, məhəbbət göstərmək və təlim verməkdən ibarətdir.

Bütün dinlərin əsası eynidir. Çünki bütün bu ölçülər İslamda da var.


Bildirişlər


1. Allah əql, fitrət və vəhy yolu ilə xalqdan əhd almışdır.

2. Tövhid peyğəmbər məktəbinin sərlövhəsidir. Onun ardınca saleh işlər gəlir.

3. Tövhidlə bərabər valideynə ehsan da açıqlanılır.

4. Valideynə kiminsə vasitəsi ilə yox, birbaşa ehsan olunmalıdır. mətnin “bil-validəyni” sözünün önündəki “ba” şəxsən görüşmək mənasındadır.

5. Ata-anadan birinə meyl qadağandır.

6. Əvvəlcə ehtiyaclı qohumlara, sonra başqalarına baxmaq lazımdır. Əlbəttə ki, qohumlar arasında da əvvəlinci-sonuncu məsələsi var. 1(Qeyd)

7. İnsan ədəblə və minnət qoymadan ehsan etməlidir. Ehsan etmək tapşırığı ilə yanaşı, yaxşı rəftar göstərişi də verilmişdir.

8. Əgər hamıya ehsan etməyə gücün çatmasa da, hamı ilə xoş danışmağa gücün çatar.

9. Yalnız müsəlmanlarla yox, bütün insanlarla yaxşı rəftar edib, xoş danışmaq lazımdır.

10. Zəkat ödəməkdən əlavə, imkansızlara və yetimlərə ehsan da zəruridir. Ayədə həm zəkatdan, həm də miskinlərə ehsandan danışılır.

11. Namaz və Allahla rabitə zəkat və fəqirlərlə rabitədən ayrı deyil.

12. Digər dinlərdə də namaz və zəkat olmuşdur.

13. Tövhidə etiqad, valideynə, yetimlərə və miskinlərə ehsan göstərişi ilə yanaşı zəkat, xalqla xoş rəftar, namaz tapşırıqları İslamın hərtərəfli bir din olmasının nişanəsidir.

14. Hüquqların yerinə yetirilməsinin dərəcə və mərhələləri vardır. Əvvəlcə Allahın, sonra valideynin, sonra qohumların, sonra məhəbbətə ehtiyaclı yetimlərin, sonra isə maddi çətinlik çəkən miskinlərin haqqı ödənməlidir.

15. Bütün etiqadi, əxlaqi və fiqhi hökmlər Allahın insanla əhdidir. “Əhd” (“misaq”) sözünün ardınca tövhid əqidəsi, valideynə ehsan, namaz və zəkatdan danışılmışdır.
84. ﴿وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لاَ تَسْفِكُونَ دِمَاءكُمْ وَلاَ تُخْرِجُونَ أَنفُسَكُم مِّن دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنتُمْ تَشْهَدُونَ

(Xatırlayın) sizdən bir-birinizin qanını tökməməyiniz və bir-birinizi öz məmləkətinizdən çıxarmamağınız haqqında əhd aldığımız zaman, (bu əhdi) iqrar etdiniz və özünüz buna şahidsiniz.”



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin