Ayədə yəhudilərin İslam peyğəmbərinə qarşı küfrünün səbəbi bəyan olunmuşdur. Onlar həsəd aparırdılar ki, nə üçün vəhy Bəni-İsraildən bir kəsə nazil olmayıb. Bu həsəd və küfr onların özlərini satdığı çox pis bir qiymət idi.
Bildirişlər
1. Xalqın dininin dəyər ölçüsü onların maraqlarından asılıdır.
2. Həsəd küfr mayasıdır. Bəni-İsrail arzu edirdi ki, vəd olunmuş peyğəmbər onlardan olsun. Arzularına çatmadıqlarından həsəd göstərib küfr etdilər.
3. Peyğəmbərlik ilahi fəzldir.
4. İnsanın narazılığı Allahın hikmət dolu lütflərinə təsir göstərmir. Allah kimi peyğəmbər seçəcəyini daha yaxşı bilir.
5. Ən pis müamilə odur ki, insan varlığını verib Allahın qəzəbini alsın.
91. ﴿وَإِذَا قِيلَ لَهُمْ آمِنُواْ بِمَا أَنزَلَ اللّهُ قَالُواْ نُؤْمِنُ بِمَآ أُنزِلَ عَلَيْنَا وَيَكْفُرونَ بِمَا وَرَاءهُ وَهُوَ الْحَقُّ مُصَدِّقاً لِّمَا مَعَهُمْ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنبِيَاء اللّهِ مِن قَبْلُ إِن كُنتُم مُّؤْمِنِينَ﴾
“Onlara "Allahın nazil etdiyinə iman gətirin." deyə əmr olunduqda deyərlər: "Biz yalnız o şeyə iman gətirərik ki, özümüzə nazil olsun..." Bundan qeyrisinə kafir olarlar. Hansı ki, o (Quran) haqdır və onların Tövratdan bildiklərini təsdiq edir. De ki, əgər mömin idinizsə, nə üçün bundan qabaq ilahi peyğəmbərləri qətlə yetirdiniz?!”
Dostları ilə paylaş: |