Bildirişlər
1. İnsandakı ölüm qorxusu əslində onun öz əməllərinin cəzasından olan qorxudur.
2. Yalan iddia edənlər və yersiz tələb irəli sürənlər zalımdırlar.
3. Özünüz nə etdiyinizi bilirsiniz. Allah da gördüyünüz işlərdən xəbərdardır. Bəs bu iddialar nə üçündür?!
96. ﴿وَلَتَجِدَنَّهُمْ أَحْرَصَ النَّاسِ عَلَى حَيَاةٍ وَمِنَ الَّذِينَ أَشْرَكُواْ يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍ وَمَا هُوَ بِمُزَحْزِحِهِ مِنَ الْعَذَابِ أَن يُعَمَّرَ وَاللّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ﴾
“(Ey peyğəmbər!) Hər an yəhudiləri yaşayışa (dünya və sərvət yığmağa) hətta müşriklərdən də həris görərsən. (Belə ki,) Onlardan hər biri min il yaşamaq arzusundadır. Hansı ki, onlara belə uzun ömür verilmiş olsa, bu ömür onları Allahın əzabından qurtarmayacaq. Allah onların əməllərini görəndir.
Dostları ilə paylaş: |