Nöqtələr
◘Yəhudi alimləri Peyğəmbərin (s) besətindən qabaq xalqa onun qarşıdakı zühuru ilə müjdə verirdilər. Onlar öz kitablarından bu peyğəmbər haqqındakı nişanələri bəyan edirdilər. Yəhudi alimlərində elə nişanələr vardı ki, onlar həzrət Məhəmmədi (s) öz övladları tək tanıyırdılar. Amma həzrətin besətindən sonra həmin nişanələri gizlədib, inkar etməyə başladılar.
Bildirişlər
1. Müxaliflərlə qarşılaşdıqda insaflı rəftar etmək lazımdır. Əvvəlki ayədə buyurulurdu ki, onların əksəri iman gətirməsə də, bir qismi başqa cürdür. Bu ayədə də qeyd olunur ki, onlardan bir qismi belədir. Yəni onların hamısına eyni gözlə baxılmamalıdır.
2. Əməl olunmayan bir elm cəhl kimidir. Bildiklərini bir tərəfə qoyub həqiqəti gizlədən alimlər, "sanki bilmirlər" təbiri ilə yad edilirlər.
102. ﴿وَاتَّبَعُواْ مَا تَتْلُواْ الشَّيَاطِينُ عَلَى مُلْكِ سُلَيْمَانَ وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَـكِنَّ الشَّيْاطِينَ كَفَرُواْ يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ وَمَا أُنزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّى يَقُولاَ إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلاَ تَكْفُرْ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَزَوْجِهِ وَمَا هُم بِضَآرِّينَ بِهِ مِنْ أَحَدٍ إِلاَّ بِإِذْنِ اللّهِ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلاَ يَنفَعُهُمْ وَلَقَدْ عَلِمُواْ لَمَنِ اشْتَرَاهُ مَا لَهُ فِي الآخِرَةِ مِنْ خَلاَقٍ وَلَبِئْسَ مَا شَرَوْاْ بِهِ أَنفُسَهُمْ لَوْ كَانُواْ يَعْلَمُونَ﴾
“(Yəhudilər) Süleymanın əsrində şeytanların oxuduqlarına tabe olurdular. Süleyman heç vaxt kafir olmadı. Amma şeytanlar xalqa sehr-cadu öyrətməklə kafir oldular. Babil şəhərində Harut və Marut adlı iki mələyə nazil olanlara tabe oldular. O iki mələk əvvəlcə “Biz sizin imtahan vasitənizik”, “kafir olmayın” deməmiş kimsəyə bir şey öyrətmədilər. Amma onlar bu iki mələkdən elə bir şey öyrəndilər ki, onun vasitəsi ilə ərlə arvad arasına ayrılıq sala bilsinlər. Amma Allahın iradəsi olmadan heç vaxt kimsəyə zərər toxundura bilməzlər. Onlar o hissələri öyrəndilər ki, özləri üçün xeyiri yox, ziyanı oldu. Şübhəsiz, bilirdilər ki, hər kəs belə şeylərin alıcısı olsa, axirətdə bəhrəsi olmayacaq. Doğrudan da, özlərini çox pis bir şeyə satdılar. Əgər bilsəydilər!”
Dostları ilə paylaş: |