Bildirişlər
1. Düşmənin qəlb istəklərini və iç ruhiyyəsini tanıyın. Heç vaxt onlara meyl etməyin. Onlar azcıq da olsa, müsəlmanların xeyir tapmasını istəmirlər.
2. Xeyir vermək rübubiyyət şənindəndir.
3. Allaha təvəkkül edin və düşmənin kinindən, həsədindən qorxmayın.
4. Həsədçinin həsədi Allahın lütf istəyinə heç bir təsir göstərə bilməz.
5. Allahın fəzl və rəhməti, hidayəti bütün xalqlara və qövmlərə şamildir və təkcə Bəni-İsrailə və digər bir qrupa aid deyil.
106. ﴿مَا نَنسَخْ مِنْ آيَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَيْرٍ مِّنْهَا أَوْ مِثْلِهَا أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ﴾
“Hər hansı ayəni nəsx (ləğv) etsək və ya onu təxirə salsaq, ondan da yaxşısını və ya onun kimisini göndərərik. Məgər bilmirsənmi ki, Allah hər şeyə qadirdir?!”
Dostları ilə paylaş: |