Nöqtələr
◘“Nunsiha” sözü “insa” məsdərindən olub, təxirə salmaq və ya ləğv etmək mənasını verir. Bu mənada ki, ayənin nüzulu təxirə düşər və bir müddət sonra nazil olar.
◘Bu ayə yəhudilərin mənfi təbliğatına cavabdır. Onlar soruşurdular ki, nə üçün İslamda bəzi qanunlar dəyişilir? Nə üçün qiblə Beytül Müqəddəsdən Kəbəyə dəyişdirildi? Əgər əvvəlki düz idisə, bəs sonrakı göstəriş nə üçündür? Əgər ikinci göstəriş düzdürsə, demək sizin əvvəlki əməlləriniz batil imiş!
Quran bu iradlara cavab olaraq bildirir ki, hər hansı bir hökm nəsx olduqda və ya təxirə salındıqda onun yerinə daha üstünü və ya onun kimisi göndərilir. Quran yersiz irad tutanlara cavab olaraq bildirir ki, onlar tərbiyəvi, ictimai-siyasi hökmlərin əsərlərindən qəflətdədirlər. Həkim öz xəstəsinə birinci mərhələdə təyin etdiyi dərmanları növbəti mərhələdə dəyişə bilər. Şagird inkişaf etdikcə müəllim də onun dərs proqramında dəyişiklik aparır. Allah da müxtəlif zaman və şəraitlərdə bəşərə daha kamil proqramlar təqdim edir.
◘Ayədə nəzərdə tutulanlardan biri də cəmiyyətdə imamın mövcudluğu, hər bir imamın canişini olmasıdır. Çünki uyğun ayə ilə bağlı hədisdə oxuyuruq: “Hər imam dünyadan gedəndə başqa bir imam onun canişini olur.1 (Qeyd)
Dostları ilə paylaş: |