Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə198/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   194   195   196   197   198   199   200   201   ...   484

Bildirişlər


1. Əsas, istək və umacaq yox, təlaş və ləyaqətdir. Bəziləri çalışmaq və layəqət göstərmək əvəzinə daim yersiz istəklərlə müraciət edirlər.

2. Allahın qanunu hər bəndənin nəfs istəyinə cavab vermək yox, höccətin tamamlanması və dəlillərin bəyanıdır.


119. ﴿إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا وَلاَ تُسْأَلُ عَنْ أَصْحَابِ الْجَحِيمِ

(Ey peyğəmbər,) Biz səni haqq olaraq göndərdik ki, müjdə verən və qorxudan olasan. Sən cəhənnəm əhli üçün məsul deyilsən.”


Nöqtələr


◘Ayələrdə buyurulur: “Ey peyğəmbər! Kafirlərin yersiz istəklərinə məhəl qoyma. Onlar istəyirlər ki, onlar üçün çoxsaylı vərəqlərdə ayələr nazil olsun. (Qeyd)1 Halbuki Biz səni xalq üçün haqq bir məntiqlə göndərdik ki, müjdə və qorxutma yolu ilə onları öz səadətləri ilə tanış edəsən. Əgər bir dəstə bəhanə axtarıb, haqqı qəbul etməkdən boyun qaçırdısa və onlara vəhy nazil olmasını umdusa, sən onların cəhənnəm əhli olmasına məsul deyilsən. Sənin öhdənə yalnız müjdə vermək və qorxutmaq düşür.

◘Müjdə və qorxutma insanın azad olması nişanəsidir. Quranda dəfələrlə bəyan olunmuşdur ki, Allahın işi müjdə və qorxutma ilə yanaşı, haqq məntiqlə məsum peyğəmbərlər göndərməkdir. Azad şəkildə haqqı qəbul etmək və ya boyun qaçırmaq xalqın öz öhdəsinədir.



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin