◘Peyğəmbərlər arasında həzrət İbrahimin xüsusi yeri və məqamı vardır. Bu böyük şəxsin adı Quranın iyirmi beş surəsində 69 dəfə çəkilmişdir. O da İslam peyğəmbəri kimi bəşəriyyət üçün nümunə kimi xatırlanmışdır. Bəzi ayələrdə onun adı seçilmişlər, salehlər, siddiqlər, səbirlilər, vəfalılarla bir cərgədə çəkilir. Allah bu böyük peyğəmbəri yüksək qiymətləndirərək onun haqqında xüsusi təbirlər işlətmişdir. Hətta həccin sirlərindən biri kimi həzrət İbrahimin xatirəsinin yad edilməsi bəyan olunur. Bu ilahi insan müxtəlif məqamlarda azğınlıq, şirklə mübarizə apardı. Ulduzpərəstlər və aypərəstlər qarşısında gətirdiyi dəlillər, bütpərəstliklə apardığı mübarizə, öz məntiqi ilə Nəmrudu susdurması, bir çox sınaqlardan alnıaçıq çıxması bu şəxsi ideala çevirmiş, Allah onu imamət məqamına təyin etmişdir.
◘Quranda 20 dəfəyə yaxın sınaq və imtahan məsələləri bəyan olunmuşdur və bu, ilahi sünnələrdəndir. İlahi sınağın məqsədi nədir? İmtahan Allahın agah olması üçün deyil. Çünki O əvvəlcədən hər şeyi bilir. Uyğun sınaqlarda məqsəd insanın gizli istedadlarının zühuru, onun təlaş və əməlidir. Bir iş görməyən insan dəyərləndirilə də bilməz.
Dostları ilə paylaş: |