Bildirişlər
1. Dahi rəhbərə ehtiyac cəmiyyətin ən əsas ehtiyaclarındandır. Əgər əsrlərcə əvvəl ilahi rəhbər istəyi ilə dua edilmişdisə, bu həmin məsələnin əhəmiyyətini, dəyərini və rolunu göstərir. Bəli, məsum və ilahi rəhbərin iştirakı olmadan Kəbə divarlarının qaldırılması bütxana tikilməsi kimidir.
2. Peyğəmbərlərin göndərilməsində məqsəd səmavi kitab əsasında xalqın təlim və təzkiyəsi olmuşdur.
3. Elm və bilik o zaman fayda verir ki, ayıqlıq, hikmət təzkiyə və təqva ilə yanaşı olmuş olsun.
130. ﴿وَمَن يَرْغَبُ عَن مِّلَّةِ إِبْرَاهِيمَ إِلاَّ مَن سَفِهَ نَفْسَهُ وَلَقَدِ اصْطَفَيْنَاهُ فِي الدُّنْيَا وَإِنَّهُ فِي الآخِرَةِ لَمِنَ الصَّالِحِينَ﴾
“Özünü (aldadıb) ağılsızlıq edəndən savay kim İbrahimin ayinindən üz döndərər?! Həqiqətən, Biz onu bu dünyada seçdik və o, heç şübhəsiz, o biri aləmdə salehlərdəndir.”
Dostları ilə paylaş: |