Nöqtələr
◘Bəni-İsrailin səhvlərindən biri bu idi ki, öz babaları ilə ifrat dərəcədə fəxr edir və babalarına itaət etdikləri üçün səhvlərinin bağışlanacağını düşünürdülər. Ayə onlara xəbərdarlıq edir ki, keçmişdəkilər öz əməllərinə cavabdeh olduqları kimi, siz də öz əməllərinizə cavabdehsiniz.
◘“Ğurərul-hikəm” kitabında Həzrət Əlinin (ə) dilindən belə nəql olunmuşdur: “Şərafət və böyüklük babaların və keçmişdəkilərin çürümüş sümüklərinə yox, ali və uca himmətlərə və səylərə bağlıdır.” Tarixdən məlum olur ki, insanlar öz əməlləri sayəsində gələcəklərini müəyyənləşdirmişlər. Fironun arvadı behişt əhli olur. Lutun arvadı isə öz pis işlərinə görə cəhənnəmə sürüklənir. Bütün bunlar Allah-təalanın haqq-ədalət və nizam nümunələridir.
◘Bir hədisdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql edilir: “Ey Bəni-Haşim, məbada başqa xalqlar öz axirətləri üçün çalışsınlar, siz isə öz nəslinizlə fəxr edəsiniz.”
Dostları ilə paylaş: |