Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə241/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   237   238   239   240   241   242   243   244   ...   484

Nöqtələr


◘Bu ayə kitab əhlinin inadkarlığı üzərindən pərdəni qaldırır. And içilir ki, onlara nə qədər ayə və dəlil gəlsə, onlar İslama və onun qibləsinə tabe olmayacaqlar. Çünki onlar həqiqəti bilərəkdən qəbul etmirlər.

◘Quranın peyğəmbərə xəbərdarlıqları övliyalar haqqında yersiz düşüncələrin inkişafının qarşısını almaq məqsədi güdür. Necə ki, başqa dinlərdə xalq İsanı Allahın oğlu, mələkləri isə Allahın qızları bilirdi.


Bildirişlər


1. İnadkarlıq və təəssüb düşüncəyə, məntiqə, haqqı görməyə mane olur. Onlar təkcə İslama münasibətdə təəssüb göstərmirlər. Onlar öz aralarında da inadkar və təəssübkeşdirlər.

2. Müxaliflərin hay-küyü qarşısında təslim olmaq olmaz. Düşməni məyus etmək üçün qətiyyət lazımdır.

3. Yəhudilərin və məsihilərin hər birinin öz qibləsi vardır.

4. Alimlərin azğınlığı çox təhlükəlidir.

5. Doğru yolu tapmaq üçün elm kifayət etmir. Belə bir məqamda haqqı qəbul etmək ruhiyyəsi mühümdür. Yəhudilər kitab sahibi idilər. Amma təəssüb çəkdiklərindən malik olduqları elmdən faydalana bilmirdilər.

6. Xalqın istəkləri əsasında peyğəmbər ilahi qanunları dəyişə bilməz.

7. İslam ayinləri gerçək elm çeşməsindəndir.

8. Nəfs istəklərinə əsaslanmayan, elmi bünövrəyə malik qanunlar qəbul olunmağa və itaətə layiqdir.

9. Qanun hamı üçün birdir. Məsələn peyğəmbər də nəfs istəkləri ardınca getsə cəzalandırılacaq.

10. İlahi qanun olan yerdə xalqın istəklərinə tabeçilik zülmdür.


146. ﴿الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءهُمْ وَإِنَّ فَرِيقاً مِّنْهُمْ لَيَكْتُمُونَ الْحَقَّ وَهُمْ يَعْلَمُونَ

(Yəhudilər və məsihilər) o kəslərdir ki, onlara (səmavi) kitab vermişik, onu (İslam peyğəmbərini) öz oğlanları kimi tanıyırlar. Həqiqətən, onlardan bir dəstəsi haqqı bilməklərinə baxmayaraq onu gizlədirlər.”



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin