◘“Tilavət” sözü "ardıcıl" mənasını verən kökdəndir. Ardıcıl, nizamlı, düzgün və münasib oxunuş "tilavət" adlanır. Bu növ oxunuşda bir növ müqəddəslik var. “Təzkiyə” inkişaf, paklama mənasındadır. Kitab təlimi ayələri və səmavi hökmləri öyrənməkdir. Hikmət təlimi isə düzgün təfəkkür və baxış öyrədilməsidir.
◘İslam peyğəmbərinin besəti həzrət İbrahimin duasının qəbul olma nəticəsidir. O, Allahdan istədi: Pərvərdigara! Onların arasında bir peyğəmbər məbus et ki, Sənin ayələrini onlara oxusun!”1 (Qeyd)İslam peyğəmbəri buyurmuşdur: “Mən atam İbrahimin duasının qəbuluyam.”
Dostları ilə paylaş: |