◘Bədr döyüşündə müsəlmanlardan on dörd nəfəri şəhadətə çatdı. Onlardan altısı mühacirlərdən, səkkizi ənsardan idi. Adamların bəzisi “filankəs öldü” deyirdi. Bu ayə nazil oldu və onlara bu cür danışmağı qadağan etdi.6 (Qeyd) Şəhidlərin nəinki adları və əməlləri diridir, onlar hətta bərzəxdə gerçək bir həyat yaşayırlar. Elə bir həyat ki, həmin həyatda ruzi, şadlıq və müjdə var. Allahın mərhəməti civarındakı bu həyatda qəm-qüssə və qorxu yoxdur. Bu həyatın xüsusiyyətləri haqqında “Ali-İmran” surəsində danışılacaqdır, inşallah!
◘Düşmənlə döyüş meydanındakı ölüm, onun terror vasitəsi ilə ölümü, istənilən bir məkan və zamanda can, namus və malın müdafiəsi zamanı möminlərin ölümü Allah yolunda şəhadətdir.
Dostları ilə paylaş: |