Bildirişlər
1. İman əməldən ayrı deyil. Qeybə imanla yanaşı, möminlərin əməli vəzifələri sadalanır. (“Yuminun... yuqimun.. yunfiqun”)
2. İlahi dünyagörüşün əsas prinsipi varlığı yalnız hiss üzvlərinə aid etməməkdir. (“Yuminunə bil-ğəyb”)
3. İmandan sonra ən mühüm əməl namaz və infaqdır. Allaha doğru hərəkətdə olan ilahi cəmiyyətdə ruhi və mənəvi problemlər namaz vasitəsi ilə öz həllini tapır. İqtisadi çətinliklər və bu çətinlikdən yaranan müşküllər infaq vasitəsi ilə aradan qaldırılır.
4. Namaz fasiləli yox, ardıcıl yerinə yetirilməlidir. (“Yuqimunəs-səlat”)
5. İnfaqda da orta həddi gözləmək lazımdır. (“Mimma rəzəqnahum”) Söhbət verilmiş ruzinin bir hissəsinin infaq olunmasından gedir.
6. Allahın əta etdiyi hər şeydən – elmdən, hörmətdən, sərvətdən, gücdən başqalarına infaq edək. İmam Sadiq (ə) buyurur: “Onlara öyrətdiyimizi cəmiyyətdə yayarlar.”1 (Qeyd)
7. İnfaq halal maldan olmalıdır. Çünki Allah hər kəsin ruzisini halaldan müəyyənləşdirmişdir.
8. İnfaq etməklə lovğalanmayaq. Əgər bütün nemətlərin Allah tərəfindən olduğuna inansaq, həmin nemətlərin bir hissəsini asanlıqla infaq edərik.
4. ﴿والَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ وَبِالآخِرَةِ هُمْ يُوقِنُونَ﴾
“Onlar sənə və səndən qabaq nazil olanlara imanlıdırlar, həm də axirətə yəqinlikləri var.”
Dostları ilə paylaş: |