Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə277/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   273   274   275   276   277   278   279   280   ...   484

Nöqtələr


◘İslam insanları daim pak və halal nemətlərdən istifadəyə çağırır. Eləcə də, müqəddəs dinimiz hər növ rahiblik və yersiz zahidliklə mübarizə aparır. Ona görə də qeyri-sağlam qidalar şeytandan sayılır.1 (Qeyd) İslam yersiz aclığı da şeytan addımı bilir. Ona görə də tarixi mənbələrdə qeyd olunmuşdur ki, bəzi ərəb tayfaları öz məhsullarının və heyvanlarının bir hissəsini heç bir dəlil olmadan haram etmişdilər. Onlar bu işi bəzən Allaha aid edirdilər. Uyğun ayə nazil oldu və şübhələr aradan qaldırıldı.

◘İslamda insanların maddi həyatına kamil şəkildə diqqət yetirilmişdir. Bu ehtiyaclardan qidalanma ehtiyacı öndə gəlir. Uyğun mövzuda onlarla ayə, yüzlərlə hədis mövcuddur. Peyğəmbərlərin vəzifələrindən biri də halal və haram qidaların və içkilərin xalqa tanıtdırılmasıdır.

◘Quranda, adətən, məsrəf icazəsi ilə yanaşı bir şərt bəyan edilmişdir. Məsələn, bu ayədə buyurulur: “Halal və pak nemətlərdən yeyin...” Başqa bir ayədə isə “Yeyin və için” əmrinin ardınca “fəsad törətməyin” şərti qoyulur.2 (Qeyd)Digər bir ayədə isə “Yeyin və için, amma israf etməyin” əmr olunur.3 (Qeyd) Başqa bir ayədə isə “Yeyin və yedirin” buyurulur.4 (Qeyd)

◘“Təfsiri-bürhan” kitabında İmam Sadiqin (ə) Tariq adlı bir şəxsə buyruğu nəql olunmuşdur. Rahiblik, tərki-dünyalıq qərarına gəlmiş Tariq arvadından ayrılmaq istəyərkən İmam (ə) buyurmuşdur: “Bu, şeytan addımlarındandır.”



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin