◘Qeybə iman gətirmiş, namaz, infaq, yəqin əhli olan təqva sahiblərinin mükafatı doğru yol və qurtuluşdur. Doğru yol səadətin ən uca qülləsidir. Çünki Allah varlığı bəşər üçün, bəşəri ibadət üçün, ibadəti təqvaya çatmaq üçün, təqvanı isə doğru yol və qurtuluş üçün yaratmışdır.1 (Qeyd)
◘Quranda nicat tapmışların aşağıdakı xüsusiyyətləri sadalanır:
a) Cəmiyyətdəki fəsadlara münasibətdə islahla məşğul olanlar;
b) Yaxşılığı əmr, pisliyi qadağan (əmr be məruf və nəhy əz münkər) edənlər;
q) Həzrət peyğəmbərə imandan əlavə, onu himayə edənlər;
v) Xəsislikdən uzaq olanlar2;(Qeyd)
d) Qiyamətdə savab yükü ağır olanlar3;(Qeyd)
Qurtuluş zəhmətsiz əldə edilmir. Onun şərtləri vardır. Quranda aşağıdakı qeydlər edilmişdir:
–Qurtuluş üçün paklanmaq lazımdır.4 (Qeyd)
–Qurtuluş üçün cihad lazımdır.5 (Qeyd)
– Qurtuluş üçün namazda xüşu (mütilik), boş işlərdən çəkinmək, zəkat ödəmək, paklıq, iffət, əmanətdarlıq, əhdə vəfa, namazda davamiyyət zəruridir.
Dostları ilə paylaş: |