Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə284/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   280   281   282   283   284   285   286   287   ...   484

Nöqtələr


◘Həzrət peyğəmbərdən nəql olunmuşdur ki, Allah belə buyurmuşdur: “İnsanları Mən yaradıram, amma onlar başqasına pərəstiş edir. Mən onlara ruzi verirəm, amma onlar başqasına təşəkkür edirlər.”1 (Qeyd)

◘Quran insana bir işi qadağan etmək istədikdə, əvvəlcə bu işin mübah (halal) yolunu göstərir, sonra qadağan edir. Növbəti ayədə hansısa qida qadağan olunmazdan qabaq hazırkı ayədə halal yollar açıqlanılır.

◘Şükrün mərhələləri var. Şükür bəzən dil, bəzən isə əməllə gerçəkləşir. Həqiqi şükür odur ki, nemətlər Allahın müəyyənləşdirdiyi yolda sərf olunsun.

◘Təbii nemətlərin yaradılmasında əsas məqsəd möminlərdir. Əvvəlki üç ayədə buyuruldu: “Ey xalq! Yer üzündə olanlardan yeyin.” Bu ayədə isə belə buyurulur: “Ey möminlər! Sizə ruzi etdiyimiz könüləyatan nemətlərdən yeyin.” Bu ayələr arasındakı fərq rəmzi ola bilər. Əsas məqsəd ruzinin möminlərə çatdırılmasının önə çəkilməsidir. Amma başqaları da möminlərlə yanaşı bu nemətlərdən faydalanırlar. Necə ki, bağban bağı suvararkən onun məqsədi qanqal və tikanların yox, gül və ağacların faydalanmasıdır.

◘Hər bir insandan xüsusi tələblər var. Adi insanlardan intizar budur ki, yedikdən sonra günah, şeytani vəsvəsələr və fəsad ardınca getməsinlər.1 (Qeyd) Amma iman əhlindən tələb olunur ki, yedikdən sonra saleh əməl ardınca gedib şükür etsinlər.2 (Qeyd)


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin