◘Əvvəlki ayənin ardınca buyuruldu ki, Allahın halal buyurduqlarını özbaşına haram saymayın. Allah yalnız ölmüş hevanı, qanı, donuz ətini və - cahiliyyət dövründəki kimi - Allahdan qeyrilərinin adı ilə kəsilənləri haram etmişdir.
◘İmam Sadiq (ə) buyurmuşdur: “Ölmüş heyvan əti bədəni zəiflədir, nəsil artımını qət edir, qəfil ölümə səbəb olur. Qanı içmək qəlbin daşlaşması və qəsavət səbəbidir.1 (Qeyd)
◘Tibbi araşdırmalara əsasən, donuz əti iki təhlükəli parazitin törədicisidir. Bəzi ölkələrdə hətta sağlamlıq baxımından donuz əti qadağan olunmuşdur. Həzrət İsanın İncilində də günahkarlar donuza oxşadılmışdır.
◘Əlbəttə ki, yaşamaq üçün heç bir qida tapmayan insan çarəsiz qaldıqda haram qidalardan istifadə edə bilər. Amma bu işdə ifrata varmaq, həddi aşmaq olmaz. Yəni yalnız ölümdən yaxa qurtarmaq üçün zəruri həddə qədər istifadə etmək mümkündür. Haram qidalardan ləzzət məqsədi ilə istifadə olunması qadağandır. İstisna şəkildə verilmiş bu icazə Allahın lütf və mehribançılığına əsaslanır. İmam Sadiq (ə) buyurmuşdur: “Əgər bir insan zəruri bir vəziyyətdə bilərəkdən haram qidalardan istifadə etməyib ölsə, kafir kimi ölmüşdür.”2 (Qeyd)
◘Haram qidaların dörddən çox olduğunu nəzərə alsaq, hazırkı ayədə “innəma” kəlməsini cahiliyyət dövrünün qadağalarına aid olduğu qənaətinə gələrik.
◘İstisna hallara aid qaydalar təkcə qidalarla bağlı deyil. Qarşıya çıxan istənilən bir məsələdə belə yüngülləşdirmələr var. İmam Sadiqdən (ə) soruşurlar ki, əgər həkim xəstəyə istirahət və yatmaq göstərişi vermişdirsə, namaz necə olsun? İmam bu ayəni oxuyur və buyurur: “Namazı yatdığı yerdə qılsın.”3 (Qeyd)
◘İslam hökmləri məsləhətə əsaslanır. Əgər əvvəlki ayədə qidalanma paklığa əsaslanaraq mübah sayılırdısa, bu ayədə pak olmayanların haramlığı bildirilir.
◘İlahi qadağalar yalnız tibbi məsələlərə əsaslanmır. Məsələn, ölmüş heyvan ətinin və qanın haram buyrulmasında məqsəd bəzən etiqadi məsələlərə hörmətdir. Allahdan qeyrisinin adı ilə kəsilmiş heyvan ətinin qadağası kimi qadağalar şirki aradan qaldırmaq üçündür. Bəzən bir şəxsin süfrəsindən çəkinməyimizin səbəbi onun gigiyenik qaydalara riayət etməməsi olur. Bəzən isə bir şəxsdən uzaqlaşmaq məqsədi ilə onun süfrəsində əyləşmirik.
Dostları ilə paylaş: |