Nöqtələr
◘Nə qədər ki, İslam peyğəmbəri məbus olmamışdı, yəhudi və məsihi alimləri xalqa onun gəlişi haqqında vədlər verir, Tövrat və İncildəki nişanələri sadalayırdılar. İslam peyğəmbərinin zühurundan sonra isə onlar bu son risaləti təsdiq etməyi öz var-dövlət və məqamlarının əldən çıxması ilə bir tutdular. Onların həqiqəti gizlətməkdə məqsədləri bu idi ki, bir neçə gün öz kürsülərində çox otursunlar və daha çox hədiyyə əldə etsinlər. Amma onlar qazandıqları böyük günahın müqabilində çox az qazanc əldə edirdilər. Bu qazanc qarınlarına doldurduqları oddan başqa bir şey deyildi. Necə ki, digər bir ayədə yetimlərin malını yemək od yeməyə oxşadılır.1 (Qeyd)
Allah qiyamət günü möminlərlə ünsiyyətdə olduğu halda haqqı gizlədən bu insanlarla xoş danışmaz. Bu danışıq fəzada dalğalar yaranması, ilham və qəlb dili vasitəsi ilə gerçəkləşər. Bütün yaxşı insanlar həmin gün “Kəlimullah” olarlar.
◘Əvvəlki ayədə donuz əti və ölmüş heyvan ətinin qadağan olunmasının ardınca bağışlanmadan danışılır. Bu ayədə isə haqqı gizlətməyin qadağan olması və əqidə ilə bağlı günahlar haqqında söhbət açıldıqdan sonra danışıq əhvalı daha da sərtləşir və bağışlanma məsələsinə toxunulmur. Bəlkə də növbəti ayədə bu hədələr daha da şiddətlənsin.
◘Haqqın gizlədilməsi təkcə İslam peyğəmbərinin risaləti ilə bağlı deyil. Həzrət Peyğəmbərin (s) həqiqi canişinləri barəsində də həqiqəti gizlədənlər belə bir əzaba düçar olasıdır. Öz təfsir və tarix kitablarında Qədire-Xum əhvalatı həqiqətlərini ört-basdır edib ayələri təhrifə məruz qoyanlar, xalqı məsum imamlardan yayındırıb başqalarına üz tutmağa sövq edənlər haqqı gizlədənlər cərgəsindədirlər.
Dostları ilə paylaş: |