Bildirişlər
1. Alimlər üçün xüsusi günahlardan biri haqqın gizlədilməsidir.
2. Səmavi kitabın bəyanında ilahi hidayət və bağışlanma, bu həqiqətlərin gizlədilməsində isə zəlalət var.
3. Dini satmağın və haqqı gizlətməyin ardınca ən ağır əzablar gəlir. Quranda yalnız bu dəstə haqqında “İlahi əzaba necə də dözümlüdürlər” cümləsi işlədilmişdir.
176. ﴿ذَلِكَ بِأَنَّ اللّهَ نَزَّلَ الْكِتَابَ بِالْحَقِّ وَإِنَّ الَّذِينَ اخْتَلَفُواْ فِي الْكِتَابِ لَفِي شِقَاقٍ بَعِيدٍ﴾
“Bu (əzabın) səbəbi budur ki, Allah (səmavi) kitabı haqq olaraq nazil etmişdir. Əlbəttə, o kəslər ki, kitabda ixtilaf etdilər, daim dərin çəkişmə içindədirlər.”
Dostları ilə paylaş: |