Bildirişlər
1. Ədalətin icrası cəmiyyətin həyatının təminatçısıdır.
2. Həlimlik və sərtlikdə tarazlıq gözlənilməlidir. Rəhman və rəhim olan Allah qisası həyat rəmzi sayır.
3. Təhlükəli ünsürün aradan götürülməsi ağıla uyğun bir əsasdır.
4. Mühakimə yürütməyə tələsməyin. Səthi bir baxışla qisas yaxşı görünməyə də bilər. Amma dərin düşüncə ilə araşdırsanız, görərsiniz ki, qisas həyat rəmzidir.
5. Təqva və günahdan uzaqlıq istər ibadi, istərsə də hüquqi-dini hökmlərin fəlsəfəsidir.
6. Qisas insanları qətlin təkrarından uzaqlaşdırır.
180. ﴿كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ إِن تَرَكَ خَيْرًا الْوَصِيَّةُ لِلْوَالِدَيْنِ وَالأقْرَبِينَ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ﴾
“Sizin üçün müəyyənləşdirilib ki, birinizin ölümü çatdıqda ondan bir mal qalmış olarsa, bəyənilmiş şəkildə ata-anası və yaxınlarına vəsiyyət etsin. Bu, təqvalıların üzərində olan bir haqdır.”
Dostları ilə paylaş: |