Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə300/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   296   297   298   299   300   301   302   303   ...   484

Nöqtələr


◘Bəziləri elə düşünürlər ki, insan vəsiyyət etdikdə tez ölür. Hansı ki, vəsiyyət bir növ uzaqgörənlikdir. “Ölüm zamanı vəsiyyət edin” buyuruğunda məqsəd budur ki, ölüm axır fürsətdir. Əslində isə insan ölümündən neçə illər qabaq vəsiyyət edə bilər.

◘Bəziləri vəsiyyət edilməsini vacib saymışlar. Amma “müttəqilər üzərində olan bir haqdır” cümləsindən məlum olur ki, bu əməl müstəhəbdir. Əks təqdirdə “müttəqilər” əvəzində "möminlər" kəlməsi işlənərdi.

◘Bu şərif ayədə “mal” kəlməsi əvəzinə “xeyir” kəlməsindən istifadə olunmuşdur. Bununla nəzərə çatdırılır ki, var-dövlət xeyir və yaxşılıq mayasıdır. İslamda tənqid olunan isə haram mal və ya var-dövlətə ifrat bağlılıqdır. Pislənilən isə var-dövlətin fərdi və ictimai kamilliklərdən üstün tutulması, ya da mal əldə olunması üçün xalqın istismarıdır.

◘Vəsiyyət layiqli, ağılyana olmalıdır. Vəsiyyətdə kinə, intiqama, yersiz mehr-məhəbbətə yol vermək olmaz. İrsdən yalnız bəzi yaxınlar və müəyyən miqdarda bəhrələndiyindən İslam göstəriş verir ki, qohumlar arasında irsdən məhrum olanlar varsa və ya kiməsə irs payı düşürsə, vəsiyyətlə həmin adamların payını artırmaq yaxşıdır. Amma vəsiyyətdə ədaləti gözləməyən, zülmə yol verən insan böyük günah etmişdir.1 (Qeyd)

Rəvayətlərdə nəql olunur ki, bir şəxs körpə uşaqları olduğu halda bütün mülkünü Allah yolunda bağışladı. Həzrət Peyğəmbər (s) bu hadisədən xəbər tutub soruşdu ki, "həmin şəxs öləndə nə etdiniz?" Dedilər ki, "onu dəfn etdik." Həzrət buyurdu: “Əgər mənə əvvəlcədən desəydiniz, onun müsəlman qəbristanlığında dəfninə icazə verməzdim. Çünki bu şəxs bir bu qədər övladı olduğu halda onlar üçün heç bir şey qoymamış, varını-yoxunu Allah yolunda vermişdir.”2

◘Vəsiyyət dəqiq bir işdir. Bu işdə (Allah eləməmiş) diqqətsizliyə yol verilsə, sonradan fitnə və narahatlıq yaranar. Qeyri-dəqiq vəsiyyət səbəbindən bir sıra xeyir işlər məhv olar. Həzrət peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Bəzən altmış il ibadət etmiş şəxs vəsiyyətini ədalətlə tənzimləmədiyindən cəhənnəmə gedər.”1

◘Vəsiyyət onu göstərir ki, insanın malikliyi hətta onun ölümündən sonra da var-yoxunun bir hissəsi üzərində davam edir.

İnsan öz var-yoxunun üçdə birini vəsiyyət edə bilər. Əgər bir şəxs bu həddi aşmaq istəyirsə, öz vərəsələrindən icazə almalıdır. Necə vəsiyyət etməyi öyrənmək üçün ilahi övliyalar, şəhidlər və alimlərin vəsiyyətlərini oxumaq yaxşı olar.

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əgər bir şəxs başqa birinin vəsiyyətini yerinə yetirəcəyini öhdəsinə götürsə, amma sonradan heç bir üzrü olmadan bu işi boynundan atsa, onun heç bir əməli qəbul olunmaz. Göylə yer arasındakı bütün mələklər ona lənət edər. Bu şəxs daim Allahın qəzəbindədir. Onun dediyi “Ya Rəbb” sözünə bir lənət göndərilər. Onun əvvəlki bütün yaxşı işlərinin savabı vəsiyyət edənin naməsinə yazılar.”2


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin