◘Bu ayə vəsiyyəti dəyişmək istəyənlərə bir xəbərdarlıqdır. Əgər bir şəxs vəsiyyətin mətnindən xəbərdar olduqdan sonra onun icrasında dəyişikliklərə yol verərsə, bu dəyişiklik həmin ləyaqətsiz işi görənin boynunadır. Vəsiyyət edən isə etdiyi vəsiyyət əsasında əvəz alır. Məsələn, bir şəxs vəsiyyət edir ki, yüz fəqirə yardım edilsin. Vəsiyyəti icra edənlər buna əməl etməsələr, bu halda vəsiyyət edən şəxs yüz fəqirə yardımın savabını alır. Vəsiyyətdən xəbər tutmadan fəqirlər üçün vəsiyyət olunmuş payı alanlar üçün də günah yoxdur. Bu işdə yeganə günahkar vəsiyyəti dəyişib, fəqirin payını başqalarına verənlərdir. Elələri bilməlidirlər ki, Allah eşidən və biləndir, xəyanətlərinin cavabını dünya və axirətdə alacaqlar.
◘Hədisdə oxuyuruq: “Vəsiyyət yəhudi və məsihilərin xeyrinə də olsa, onu dəyişməyin.”1
Dostları ilə paylaş: |