Nöqtələr
◘“Ramazan” sözü yandırmaq mənasını verən “rəmz” kökündəndir. Bu elə bir yanmadır ki, tüstüsü və külü olmur. Uyğun sözün bu ay haqqında işlədilməsinin səbəbi həmin ayda insanın günahlarının yanmasıdır.
◘Ramazan ayı Quranın nazil olduğu aydır. Bu ay Quranda adı çəkilən yeganə aydır. Qədr gecəsi də bu aydadır. “Təfsiri-Bürhanda” həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: Bütün səmavi kitablar ramazan ayında nazil olmuşdur. Ramazan ayı Allahın ən üstün ayıdır.” Həzrət Peyğəmbər (s) şəban ayının axırıncı cümə günü Ramazan ayının əzəməti haqqında müfəssəl bir xütbə oxumuşdur. Bu xütbə bəzi təfsir və rəvayət kitablarında nəql edilmişdir.1 “Səhifeye-Səccadiyyədə” də imam Səccadın (ə) Ramazan ayının sona yetməsi ilə bağlı qəlb alovlandıran bir münacatı vardır.
◘İslam asan bir dindir və onun bünövrəsi çətinliklər üzərində qurulmamışdır. Kim xəstə və ya müsafirdirsə, oruc tutmamalıdır. Belələri buraxdıqları günlərin sayı qədər növbəti günlərdə qəza orucunu yerinə yetirməlidirlər. Əgər dəstəmaz almaq çətindirsə, təyəmmüm etmək olar. Əgər namazda ayaq üstə durmaq çətinlik yaradırsa, oturaq halda namaz qılmağa icazə var. Bu qanun fiqhdə “qaideyi-la hərəc” adı ilə məşhurdur.
Dostları ilə paylaş: |