Sual: Nə üçün bəzən dualarımız qəbul olmur?
Cavab: Dualarımızın qəbul olmamasının səbəbi ya şirk, ya da cəhalətimizdir. “Təfsiri-Əl-Mizanda” oxuyuruq ki, Allah bu ayədə buyurmuşdur: “Özüm qəbul edərəm o dua edənin duasını ki, yalnız Məni çağırsın və tam ixlasla Məndən istəsin.”
Demək, dua qəbul olmadısa, bunun səbəbi ya xeyirsiz şey istəməyimiz, ya xalisliklə istəməməyimizdir. Başqalarından kömək gözləməklə edilən dua da qəbul olmur. Bəzən insan öz məsləhətinə olmayan şeylər istəyir. Rəvayətlərin buyurduğuna əsasən, bu halda həmin duanın əvəzinə bəlalar bizdən uzaqlaşdırılır. Bəzən də duanın nəticəsi gələcəyimizə və ya nəslimizə saxlanılır. Bəzən də duanın əvəzi axirətdə verilir.
“Üsuli-Kafi”də oxuyuruq: Haram yeyənin, əmr be məruf və nəhy əz munkəri tərk edənin, etinasız şəkildə dua edənin duası qəbul olmaz.
◘Dua o demək deyil ki, iş-güc, fəaliyyət tərk olunsun, Allaha təvəkkül təlaşla yanaşı olmalıdır. Hədisdə oxuyuruq: İşsizin duası qəbul olmaz.
◘Dua ayəsinin oruc ayələri arasında yerləşməsinin səbəbi bu ola bilər ki, Allah ayı ilə dua arasında yaxınlıq çoxdur.
Dostları ilə paylaş: |