Bildirişlər
1. Mülkiyyət doğru yolla əldə olunmalıdır. Məsələn, qazanc, ticarət, əkinçilik, sənət, irs, hədiyyə kimi. Amma batil yolla, rüşvət vasitəsi ilə mülkiyyət yaranmır.
2. Cəmiyyət vahid bir bədən kimidir.
3. Rüşvət haramdır və insan başqalarının malına sahib durmaq üçün rüşvət verə bilməz.
4. İslam xalqı öz mallarının sahibi bilir.
5. Bilərəkdən azğınlıq təhlükəlidir.
189. ﴿يَسْأَلُونَكَ عَنِ الأهِلَّةِ قُلْ هِيَ مَوَاقِيتُ لِلنَّاسِ وَالْحَجِّ وَلَيْسَ الْبِرُّ بِأَنْ تَأْتُوْاْ الْبُيُوتَ مِن ظُهُورِهَا وَلَـكِنَّ الْبِرَّ مَنِ اتَّقَى وَأْتُواْ الْبُيُوتَ مِنْ أَبْوَابِهَا وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ﴾
“Səndən ayın hilalları (onların hikməti) haqqında soruşurlar. De ki, bunun səbəbi xalqın vaxtları və həcc zamanını tanımasıdır. (Ey peyğəmbər, onlara de,) yaxşılıq o deyil ki, (həcc ehramı halında) evlərə arxadan daxil olasınız. Yaxşılıq odur ki, təqva yolunu tutasınız və qapılardan daxil olasınız. Allahdan qorxun. Bəlkə nicat tapasınız.”
Dostları ilə paylaş: |