Bildirişlər
1. Qarşı tərəfə eynən onun kimi cavab vermək (“müqabilə və misal”) insanlıq haqqıdır. Əgər bir şəxs bizimlə savaşırsa, biz də onunla savaşırıq.
2. İslamda savaş məqsədi su, torpaq, almaz, istismar və intiqam deyil. Məqsəd fəsadcıl ünsürləri aradan götürməklə, düşüncələri xürafatdan azad etməklə haqqın müdafiəsidir.
3. Savaşda da ədaləti və haqqı gözləmək lazımdır. Quran “la tətədu” cümləsi ilə göstərişləri yerinə yetirərkən hədlərin pozulmamasını dəfələrlə sifariş etmişdir.
4. Zülm-sitəm ilahi məhəbbət bağlarını qırır.
5. Allaha yaxınlıq təkcə cəbhədə iştirakla yox, ədalətli savaşıb, haqlara riayət etməklə əldə olunur.
6. Savaşda hədəf yalnız Allah olmalıdır. Nəfs istəklərinə, təəssüblərə, qənimətlərə, riyakarlığa uymamalıyıq.
7. Hətta təbii haqların müdafiəsində də Allah unudulmamalıdır. Onlar sizə hücum etsələr də, siz müdafiə olunmalı, Allahın razılığı üçün çalışmalısınız.
191. ﴿وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُم مِّنْ حَيْثُ أَخْرَجُوكُمْ وَالْفِتْنَةُ أَشَدُّ مِنَ الْقَتْلِ وَلاَ تُقَاتِلُوهُمْ عِندَ الْمَسْجِدِ الْحَرَامِ حَتَّى يُقَاتِلُوكُمْ فِيهِ فَإِن قَاتَلُوكُمْ فَاقْتُلُوهُمْ كَذَلِكَ جَزَاء الْكَافِرِينَ﴾
“Onları (heç bir cinayətdən çəkinməyən bütpərəstləri) harada tapsanız öldürün. Və sizi çıxardıqları yerdən (Məkkədən) onları çıxarın. Fitnə (şirk və işkəncə) qətldən pisdir. Məscidül-həramın yanında onlarla vuruşmayın. Bir şərtlə ki, onlar həmin yerdə sizinlə savaşmayalar. Əgər sizinlə savaşsalar, onları (həmin yerdə) qətlə yetirin. Kafirlərin cəzası belədir.”
Dostları ilə paylaş: |