Bildirişlər
1. Hiyləgərlik nifaq nişanəsidir.
2. Münafiq daim kiməsə zərbə vurmaq fikrindədir. Ayədə işlədilmiş “xüdə” خدعه sözü zərbə vurmaq məqsədi ilə bir işi gizlədib, başqa birini izhar etməkdir.1 (Qeyd)3. Hiylənin zərbəsi hiylə sahibinə qayıdır.
4. Münafiq şüursuzdur. O anlamır. Bütün iç sirlərdən xəbərdar olan Allahla hesablaşasıdır. (Qeyd)Həmin Allah qiyamət günü onun işlərinin üstündəki pərdəni qaldırasıdır.2 (Qeyd)5. Xüdə və hiylə ağıl və şüur əlaməti deyil. Rəvayətdə buyurulur ki, həqiqi ağıl vasitəsi ilə insan Allaha bəndəlik edir.
10. ﴿فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللّهُ مَرَضاً وَلَهُم عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ﴾
“Münafiqlərin qəlbində xəstəlik vardır. Allah onların xəstəliyini daha da artırar. Onlar yalan danışdıqları üçün şiddətli əzaba düçar olacaqlar.”
Dostları ilə paylaş: |