◘Yeddinci əsr sünni alimlərindən olan İbn Əbül-Hədid Nəhcül-bəlağənin şərhində deyir: “Bütün təfsirçilər bildirirlər ki, “bu ayə hicrət zamanı həzrət Peyğəmbərin (s) yerində yatmış Əli ibn Əbu-Talib haqqında nazil olmuşdur. Bu mövzu o qədər məşhurdur ki, yalnız kafir və divanə olan şəxs onu inkar edər.”2
◘Məkkə müşrikləri qərara gəldilər ki, İslam peyğəmbərini öldürmək üçün hər qəbilədən bir nəfər seçilsin. Onlar Bəni-Haşimin qan davasından qurtarmaq üçün bu işi cəm şəkildə görmək istəyirdilər. Həzrət Peyğəmbər (s) onların planından xəbər tutdu. Əli (ə) həzrət Peyğəmbərin (s) Məkkədən sağ-salamat çıxması üçün onun yerində yatdı. Ayə də onun şəninə nazil olmuşdu. (Bu həqiqəti etiraf etmiş böyük sünni alimlərinin adı Əllamə Əmininin “Əl-Ğədir” kitabında sadalanmışdır.)
◘Həmin təhlükəli gecədə həzrət Əli (ə) Peyğəmbərin (c) yerində yatdığı vaxt Allah-təala Cəbrail və Mikailə buyurdu: “Sizin hansınız o birinizə fəda olmağa hazırsınız?” Mələklərdən heç biri hazırlığını bildirmədi. Allah-təala buyurdu: “İndi baxın ki, Əli (ə) öz canını Allah rəsulunun yolunda fəda etməyə necə hazırdır!”
◘Bəzən bir yaxşı işi canlandırmaq və ya bir pis işi aradan qaldırmaq üçün canı fəda etmək lazım gəlir. Həzrət Əli (ə) buyurmuşdur: “Hər kəs əmr be məruf və nəhy əz münkər yolunda öldürülsə, bu ayənin nəzərdə tutduğu şəxslərdəndir.”1
Dostları ilə paylaş: |