◘Quran aşağıdakı qruplarla sülhlə keçinməyi sifariş edir:
1. Əziyyət verməyən müşriklərlə; “Sizinlə savaş fikrində olmayan və vətəninizə təcavüz etməyən kəslərlə xoşrəftarlı olun.”1
2. Kitab əhli ilə; “Kitab əhlinə de ki, o şeylərdə ki, əqidəmiz eynidir, gəlin bir olaq.”2
3. Digər müsəlmanlarla;3
◘Əvvəlki bir neçə ayədə həcdə böyük ictimai-siyasi toplantı haqqında danışılarkən, buyurulmuşdu: “Orada günaha yol verməyin, pis danışmayın.” Demək, cəmiyyəti günahdan və pis danışıqdan pak saxlamaq olar. Həmişə belə olsa və təfriqə səbəbi olan şeytan addımlarından çəkinsək, necə də yaxşı olar!
◘Çoxsaylı rəvayətlərdə dostluq məsum rəhbərə itaət kimi qeyd olunmuşdur.4 Təbii ki, qalaya daxil olmaq salamatlıq və rahatlıq əldə etməkdir. Bundan da şirin hiss olarmı ki, insan ilahi, məsum, agah, qayğıkeş, bütün dəyər və kamilliklərdə üstün bir rəhbəri olduğunu hiss etsin?!
Dostları ilə paylaş: |