Bildirişlər
1. Dostluq, salamatçılıq, təslim fəzasına yalnız iman sayəsində daxil olmaq mümkündür.
2. Şəxsi səliqələri bir kənara qoyub, yalnız Allah qanunlarına təslim olaq.
3. Sülh yaradılması bütün müsəlmanların vəzifəsidir.
4. Şeytani vəsvəsələr insanı günaha məcbur etmir. İnsanın şeytanla mübarizə gücü var. Ona görə də insana tağuta itaət etməmək tapşırılır.
5. Şeytan insanı addım-addım çaşdırır.
6. Şeytanın çaşdırma yolları çoxdur.
7. Şeytan sülh və vəhdətin düşmənidir. Təfriqə yaradan bütün kürsülər şeytanın kürsüsüdür.
209. ﴿فَإِن زَلَلْتُمْ مِّن بَعْدِ مَا جَاءتْكُمُ الْبَيِّنَاتُ فَاعْلَمُواْ أَنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ﴾
“Əgər sizə aşkar dəlillər gəldikdən sonra büdrəməyə düçar olsanız, bilin ki, Allah əziz və həkimdir. (O Öz hikməti əsasında əməl edir və heç bir qüdrət Onun iradəsinin qarşısını ala bilmir.)”
Dostları ilə paylaş: |