Bildirişlər
1. İnfaqın növünü, şəraitini və yolunu vəhy məktəbindən öyrənmək lazımdır.
İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında Allahdan istəyir ki, onu infaq etməkdə hidayət buyursun.
2. Xalqın sualı Allah tərəfindən cavab nazil olması üçün zəmindir.
3. İnfaq böyük və kiçik işlərə şamil olunur.
4. Var dövlət, dünya malı imanlı insanların əlində xeyir mayasıdır.
5. Yaxşı və rəğbət doğuran şeylər infaq olunmalıdır.
6. İnfaq təkcə maddi şeylərə aid deyil və hər bir xeyir ona daxildir.
7. İnfaq ediləsi ən yaxşı ünvan valideyn və yaxınlardır.
8. Qohumlara infaq ailə əlaqələrinin möhkəmləndirilməsi səbəbidir. Başqalarına infaq isə ehtiyaclıların maddi və mənəvi çətinliklərini aradan qaldırır, təbəqələrarası ziddiyyəti yumşaldır.
9. Həkim (hikmət sahibi) o kəsdir ki, verdiyi cavabda işarə etdiyi məsələlərdən sual verən şəxs xəbərsiz olsun. Ayədə infaqın nədən olması soruşulur. Allah nümunələr müəyyənləşdirir.
10. İslam kasıb təbəqəyə xüsusi diqqət göstərir.
11. Saleh əməl istər aşkar olsun, istər məxfi, istər az olsun, istər çox, heç vaxt zay olmur.
12. Allahın bizim işlərimizdən xəbərdar olmasına iman ən yaxşı təşviqdir.
216. ﴿كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَّكُمْ وَعَسَى أَن تَكْرَهُواْ شَيْئًا وَهُوَ خَيْرٌ لَّكُمْ وَعَسَى أَن تُحِبُّواْ شَيْئًا وَهُوَ شَرٌّ لَّكُمْ وَاللّهُ يَعْلَمُ وَأَنتُمْ لاَ تَعْلَمُونَ﴾
“Sizə xoş gəlməsə də, sizin üçün cihad müəyyənləşdirildi. Çox olsun ki, xoşlamadığınız bir şey sizin xeyrinizə olsun. Çox olsun ki, bir şeydən xoşunuz gəlsin, halbuki onda sizə zərər və şər var. Allah (sizin xeyrinizi) bilir və siz bilmirsiniz.”
Dostları ilə paylaş: |