Bildirişlər
1. Həm şərab, həm də qumar fiziki və ruhi sağlamlığa ziddir və qəflət doğurur. Ona görə də bu iki şeyin adı Quranda yanaşı çəkilir.
2. Düşüncənizi və əmin-amanlığınızı qoruyun. Şərabı qadağan etməklə ağıl və düşüncənizi, qumarı qadağan etməklə ruhi sağlamlığınızı və iqtisadi dayaqlarınızı hifz edin.
3. Rəftarlarınızda insaflı olun. Başqalarının pisliyini gördüyünüz kimi yaxşılığını da görün. Ayədə şərab və qumarın faydalarına göz yumulmur. Mövzu elə bir şəkildə bəyan olunur ki, insan bu məsələlərə sağlam düşüncə ilə yanaşa bilsin.
4. Haram şeylərdə hansısa faydalar da ola bilər.
5. Dini qanunlara münasibətdə “əhəmm” və mühüm” məsələlərinə diqqətli olun.
6. İlahi hökmlər verilərkən həm xeyir, həm də şər nəzərə alınmışdır.
7. Dini hökmlərin fəlsəfəsi ilə tanışlıq onların qəbuluna doğru bir addımdır.
8. Günahlar kəbirə və səğirə (böyük və kiçik) olur.
220. ﴿فِي الدُّنْيَا وَالآخِرَةِ وَيَسْأَلُونَكَ عَنِ الْيَتَامَى قُلْ إِصْلاَحٌ لَّهُمْ خَيْرٌ وَإِنْ تُخَالِطُوهُمْ فَإِخْوَانُكُمْ وَاللّهُ يَعْلَمُ الْمُفْسِدَ مِنَ الْمُصْلِحِ وَلَوْ شَاء اللّهُ لأعْنَتَكُمْ إِنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ﴾
“(Düşünün) dünya və axirət haqqında. Səndən yetimlər haqqında soruşarlar. De ki, onların işlərini yoluna qoymaq yaxşıdır. Əgər öz həyatınızı onların həyatından ayırmasanız (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır. Allah islah əhlini fəsad əhlindən ayırd edir. Allah istəsəydi sizi zəhmətə salardı. (Göstəriş verərdi ki, yetimlərə himayədarlıq edərkən onların malını öz malınıza qatmayasınız. Amma Allah belə etmir.) Həqiqətən, O, əziz və həkimdir.”
Dostları ilə paylaş: |