◘Bu ayədə boşanma qanuni sayılsa da, onun məfhumunda xəbərdarlıq və hədə var. Boşanma qərarına gələn bilməlidir ki, artıq bağışlanma və mərhəmət vədi yoxdur. Allah onların işlərini eşidən və biləndir. O bilir ki, boşanmanı zəruri edən ailədəki gerçək durumdur, yoxsa kişinin boşanma qanunundan sui-istifadə etmək məqsədi?
Bildirişlər
1. İslam boşanmanı - bütün pisliklərinə baxmayaraq - təsdiqləyir. Amma qadının vəzifəsinin qeyri-müəyyən şəkildə qalmasına yol vermir.
2. Boşanma qərarı kişinindir.
3. Boşanmada ciddi məqsəd olmalıdır.
4. Azğın nəfs istəklərindən və qadını sıxıntıya salacaq qərarlardan çəkinin.
228. ﴿وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلاَثَةَ قُرُوَءٍ وَلاَ يَحِلُّ لَهُنَّ أَن يَكْتُمْنَ مَا خَلَقَ اللّهُ فِي أَرْحَامِهِنَّ إِن كُنَّ يُؤْمِنَّ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَلِكَ إِنْ أَرَادُواْ إِصْلاَحًا وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ وَاللّهُ عَزِيزٌ حَكُيمٌ﴾
“Boşanmış qadınlar üç dəfə paklanıncaya qədər gözləməlidirlər. (Bu paklıqdan biri talaq baş verdiyi haldır, digər ikisi üçüncü heyzi görüncəyədəkdir.) Əgər Allaha və qiyamət gününə inanırlarsa, Allahın onlar üçün bətnlərində qərar verdiyini gizlətmələri rəva deyil. Əgər ərləri onlarla barışmaq istəsə, bu müddətdə onları geri döndərsə, bu daha yaxşıdır. Qadınların da onların öhdəsində haqları var. Kişilərin isə qadınlardan bir mərtəbə üstünlüyü mövcuddur. Allah qadir və həkimdir.”
Dostları ilə paylaş: |