◘Quranda bəzən “səlat” yerinə “zikr” sözü işlədilmişdir. Məsələn, cümə namazı haqqında buyurulur: “Allahın zikrinə tələsin.” Başqa bir yerdə Allah-təala Musaya buyurur: “Namaz qıl ki, məni zikr edəsən.” Bu ayədə də məqsəd namazdır.
Bəli, namazın fəlsəfəsi və ruhu Allahın xatırlanmasıdır.
◘Bu ayədə döyüş şəraitində və fiqhdə adı çəkilən başqa şəraitlərdə qılınan qorxu namazına işarə olunmuşdur.
Hədislərdə oxuyuruq ki, həzrət Peyğəmbər (s) Əhzab döyüşündə işarə ilə namaz qıldı. Həzrət Əli (ə) bəzi savaşlarda işarə ilə namaz qılınması göstərişi vermişdi. Bir şəxs imam Kazimdən (ə) soruşdu: “Əgər yırtıcı bir heyvan bizə hücum etsə və namazın vaxtı dar olsa nə edək?” Həzrət buyurdu: “Hansı vəziyyətdəsinizsə, həmin vəziyyətdə də namaz qılın.” Hətta arxanız qibləyə olsa da!”1
Dostları ilə paylaş: |