◘“Mələ” sözü heybəti gözləri və sinələri tutmuş böyüklər, ağalar mənasını bildirir.
◘Bəni-İsrail həzrət Musadan sonra qanunu pozmaq, rifah axtarmaq xatirinə yenidən zalım hakimlərin hökmü altına düşdü. Onlar öz azadlıqlarını və torpaqlarını əldən verdilər. Onlar avaralıqdan qurtarmaq və zalım hakimlərin boyunduruğundan xilas olmaq üçün mübarizə qərarına gəldilər. Öz peyğəmbərləri Eşmuyeldən Tağutla mübarizə üçün başçı istədilər. Bütün bu iddialarına baxmayaraq göstəriş verilən zaman əksəri döyüş meydanına arxa çevirib, əmrdən boyun qaçırdı.
Dostları ilə paylaş: |