Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə421/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   417   418   419   420   421   422   423   424   ...   484

Nöqtələr


◘Yəhudilərin Talutun başçılığına əmin olması üçün peyğəmbərləri onlara dedi: “Talutun seçimində Allah tərəfindən bir nişanə olması üçün Bəni-İsrailin müqəddəs sandığı onlara qaytarılar.” Ayədə həmin sandıq tabut kimi yad edilmişdir. Bu sandıq Musanın anasının öz körpəsini qoyduğu ağac qutu idi. O, Allahın əmri ilə bu sandığı suya atdı. Fironun məmurları sandığı götürüb, körpə ilə birlikdə onun yanına apardılar. Həmin sandıq hələ də Fironun sarayında qalırdı.

Musa peyğəmbərliyə çatdıqda Tövrat səhifələrini həmin sandıqda yerləşdirdi. Dünyasını dəyişərkən öz zirehini və digər əşyalarını da həmin sandığa qoyub, öz canişini Yuşə ibn Nuna tapşırdı. Bu müqəddəs sandıq əhd sandığı adı ilə məşhur oldu. O, Bəni-İsrailin ixtiyarında idi. Savaş zamanı onu qoşunun önündə aparırdılar. Amma zaman keçdikcə sandığın müqəddəsliyi azaldı. Sandıq oğurlandı və yalnız Talutun hakimliyi zamanında Allah mələklər vasitəsi ilə sandığı onlara qaytardı ki, aramlıq və əminlik səbəbi olsun.1



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   417   418   419   420   421   422   423   424   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin