Üçüncü cüz
253. ﴿تِلْكَ الرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَى بَعْضٍ مِّنْهُم مَّن كَلَّمَ اللّهُ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَاتٍ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ وَلَوْ شَاء اللّهُ مَا اقْتَتَلَ الَّذِينَ مِن بَعْدِهِم مِّن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ وَلَـكِنِ اخْتَلَفُواْ فَمِنْهُم مَّنْ آمَنَ وَمِنْهُم مَّن كَفَرَ وَلَوْ شَاء اللّهُ مَا اقْتَتَلُواْ وَلَـكِنَّ اللّهَ يَفْعَلُ مَا يُرِيدُ﴾
“O peyğəmbərlərin bəzisini bəzilərindən üstün etdik. Onlardan eləsi oldu ki, Allah onunla danışdı və bəzilərinin dərəcəsini yuxarı qaldırdı. Məryəm oğlu İsaya aşkar nişanələr verdik, onu Ruhul-qüdslə (Cəbraillə) gücləndirdik. Allah istəsəydi, onlardan (peyğəmbərlərdən) sonrakılar aşkar dəlil gəldikdən sonra bir-birləri ilə savaşa qalxmazdılar. (Amma Allah xalqı yol seçimində azad buraxmışdır.) Amma onlar bir-birləri ilə ixtilaf etdilər. Bəziləri iman gətirdi, bəziləri kafir oldu. Allah istəsəydi, (möminlər və kafirlər) savaşa qalxmazdılar. Amma Allah istədiyini yerinə yetirir.
Dostları ilə paylaş: |