◘Hədislərə görə peyğəmbərlərin sayı yüz iyirmi dörd min nəfər olsa da, Quranda onlardan yalnız iyirmi beşinin adı çəkilmişdir.1 Peyğəmbərlərin məqamları və dərəcələri eyni deyil. Onların hər birinin öz yeri və imtiyazları var. Məsələn, İslam peyğəmbərinin fərqli xüsusiyyətləri onun xatəmiyyəti (son peyğəmbər olması), “ümmiliyi” (heç vaxt dərs oxumaması), kitabının təhrif edilməməsi, İbrahim peyğəmbərin imtiyazı vahid ümmət olması, nəslinin mübarəkliyi, Nuh peyğəmbərin imtiyazı uzun ömürlüyü, Allah tərəfindən xüsusi salam almasıdır. Bu ayədə isə həzrət Musa və həzrət İsanın imtiyazı bəyan olunmuşdur. Musa Allah kəlamının dinləyicisi, İsa Ruhul-qüds tərəfindən qüvvətləndirilmiş şəxs kimi tanıtdırılır. “Dərəcat” sözü çoxsaylı üstünlüklər nişanəsidir.
◘Fəxr-Razi “Təfsiri-Kəbirdə” bu ayə ilə bağlı söz açarkən İslam peyğəmbərinin iyirmiyə yaxın imtiyazını bəyan etmişdir. Məsələn, İslam peyğəmbərinin möcüzəsi olan Qurani-Kərim bütün möcüzələrdən üstündür. Onun digər bir imtiyazı bütün digər peyğəmbərlərə şahid olmasıdır.2
Dostları ilə paylaş: |