Bildirişlər
1. Dəlil və məntiqə malik bir dinin ikrah və məcburiyyətə ehtiyacı yoxdur.
2. Zorun təsiri əməl və hərəkətdir, düşüncə və əqidəyə yox!
3. Höccətin (dəlillərin) xalqa tamamlanması üçün haqq yol batil yoldan ayrılmışdır. Haqq yol ağıl, vəhy və möcüzələr vasitəsi ilə işıqlanır. İslam təkamül dinidir.
4. Din bəşəriyyətin təkamül mayasıdır.
5. İslam zalım hakimlərlə sazişdə deyil.
6. Zalım hakimlər məhv olmayınca tövhid cilvələnməz. Əvvəl tağutun inkarı, sonra Allaha iman!
7. Tağutun inkarı və Allaha iman daimi olmalıdır. “Felin gələcək zaman forması davam əlamətidir.
8. İlahi tutacağın möhkəmliyi kifayət etmir. Möhkəm yapışmaq da şərtdir.
9. Zalım hakimlərə və Allahdan qeyrilərinə arxalanma etibarsızdır. Yeganə qırılmaz ip Allaha imandır.
10. Allaha iman və Allah övliyaları ilə rabitə əbədidir. Zalım hakimlər qiyamət günü öz ardıcıllarına arxa çevirəcəklər.
11. Allaha iman və tağutun inkarı saxta yox, saf olmalıdır. Çünki Allah bilir və eşidir.
257. ﴿اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِ وَالَّذِينَ كَفَرُواْ أَوْلِيَآؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ﴾
“Allah möminlərin dostu və himayəçisidir. Onları zülmətlərdən çıxarıb nura doğru aparar. Kafirlərin dostu isə tağutlardır. Onları nurdan qaranlıqlara sövq edərlər. Onlar atəş əhlidirlər və daim onda olacaqlar.
Dostları ilə paylaş: |