◘Münafiqlər hidayət sahibi olmamışlar ki, onu əldən çıxarsınlar. Ayədə nəzərdə tutula bilər ki, münafiqlər hidayət üçün fitri şəraiti və başqa amilləri əldən vermişlər. Digər bir ayədə oxuyuruq: “Bir dəstə imanı verib əvəzində küfrü satın aldılar.”3 (Qeyd)
Başqa bir ayədə isə belə buyurulur: “Axirəti dünya həyatına satdılar.”1 (Qeyd)Digər bir ayədə isə belə oxuyuruq: “Onlar bağışlanma əvəzinə əzabı satın aldılar.”2 (Qeyd)Yəni onlar iman, mükafat və bağışlanma istedadını öz əməlləri ilə puça çıxardılar.
Axırda ilahi nur oda döndü,
Haqpərəst bir fitrət Nəmruda döndü.
Dostları ilə paylaş: |