Nöqtələr
◘Bu ayədə də təşbehlər işlədilmişdir. Ayədə riya və özünü göstərmək məqsədi ilə infaq edənlərin batini açıqlanır. Onların əməlinin zahiri torpaq kimi yumşaq, batini isə daş kimi bərkdir və nüfuz qabiliyyəti yoxdur. Bu zümrə qəlb daşlığı səbəbindən öz infaqından bəhrələnməz.
Bildirişlər
1. Fəqirlərə minnət qoymaq və onları incitmək infaq və sədəqənin mükafatını puça çıxarır.
2. Riya Allah və qiyamət gününə gerçək imanın olmadığını göstərir.
3. İnfaq yox, onun səbəbi və infaq edənin ruhiyyəsi mühümdür.
4. Minnət qoyan, riyakar və kafir insanın əməlləri puçdur. “Fəməsəluhu” (Onun misalı) sözü hər üç zümrəyə tətbiq edilə bilər.
5. Riyakar nəhayətdə rüsvay olur. Hadisələr həqiqətləri üzə çıxarır.
6. Riyakar nəinki axirət mükafatından məhrumdur, hətta ruhi inkişafını da əldən vermişdir.
7. Minnət qoyan və riyakar şəxs küfr dairəsindədir və hədələrə məruz qalır.
265. ﴿وَمَثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَتَثْبِيتًا مِّنْ أَنفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌ فَآتَتْ أُكُلَهَا ضِعْفَيْنِ فَإِن لَّمْ يُصِبْهَا وَابِلٌ فَطَلٌّ وَاللّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ﴾
“Mallarını Allahın razılığı və öz ruhlarının möhkəmliyi yolunda infaq edənlər uca bir nöqtədə olan (saf havadan qədərincə bəhrələnən), gur yağışların suvardığı, iki qat artıq meyvə verən bağa bənzərlər. Əgər yağış gur yağmasa, sısqa yağar, şəbnəm olar (bağ daim təravətli qalar.) Allah etdiyiniz işləri görəndir.”
Dostları ilə paylaş: |